Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu insan tələfatına və yaralanmasına səbəb olan faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi və sarsıtdı.
Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına, o cümlədən bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Belə bir kədərli gündə dualarımızın xüsusilə də faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu bildirirəm.
Hörmətlə,
Məhəmməd Muizzu
Maldiv Respublikasının Prezidenti
Qvineya-Bisau Respublikasının Prezidenti...
Rusiya Federasiyası Dağıstan...
Banqladeş Xalq Respublikası Müvəqqəti...
Polşa Respublikasının Prezidenti Andjey...
Çin Xalq Respublikasının Sədri Si...