Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq
Dekabrın 26-da Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir M.Botçorişvili dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı diləklərini çatdırıb, dost Azərbaycan xalqına səbir diləyib. Bu faciəvi gündə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov başsağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə dost Gürcüstan tərəfinə təşəkkür edib.
Milli Məclisin növbəti plenar iclası...
QAİ: Fransalı deputat Ermənistan...
Təyyarə qəzası ilə əlaqədar Milli...
Gürcüstanın xarici işlər naziri: Hər...
Azərbaycan və Qazaxıstanın Baş nazirləri...