Faktiki hava: Ölkənin bəzi yerlərində yağış, dağlıq ərazilərdə qar yağıb
Milli Hidrometeorologiya Xidmətinin fevralın 17-si saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.
Fhnews.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Qrızda 10, Qusarda 2, Qubada 1 santimetr olub.
Düşən yağıntının miqdarı Oğuzda 13, Göygöldə 10, Şəkidə 8 millimetr, Göyçay, Şabran, Şahdağ, Qəbələ, Mingəçevir, Xaltan, İsmayıllı, Lənkəran, Daşkəsən, Şamaxı, Astara, Yardımlı, Altıağac, Gədəbəy, Şahbuz, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Zaqatala, Qax, Qobustan, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Göytəpədə 7, Bakıda və Abşeron yarımadasında isə 11 millimetrədək olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Tovuz, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Quba, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Naxçıvan MR-da 5, Aran rayonlarında 4, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 11 dərəcəyədək şaxta olub.
Azərbaycan artistləri Qazaxıstanda...
Ucarda əkin sahələrinin vaxtında...
Xocalının Ballıca kəndinə növbəti köç...
Ali Məhkəmənin Cinayət kollegiyasının...
AZAL Səmərqəndə uçuşları bərpa edib...