Qədim misirlilərin halüsinogen maddələrdən istifadə etdikləri sübut edilib
2200 illik keramika fincan sübut edir ki, qədim misirlilər halüsinogen bitkiləri istehlak ediblər.Qədim misirlilərin halüsinasiyalar yaradan maddələrdən istifadə etdiyi uzun müddətdir fərz edilsə də, heç bir aydın dəlil tapılmamışdı. Bundan əlavə, bu qədim insanların musiqi, əyləncə və doğum tanrısı Besin təsvir olunduğu müxtəlif fincanlar üzə çıxarılsa da, onların nə üçün istifadə edildiyini müəyyən etmək mümkün olmayıb.
Floridadakı Tampa İncəsənət Muzeyindən Branko van Oppen deyir ki, Misirşünaslar uzun müddətdir Besin başını təsvir edən fincanların hansı məqsədlə və hansı içki növü (müqəddəs su, süd, şərab və ya pivə) üçün istifadə edildiyini fərz edirlər.
Mütəxəssislər bu fincanların gündəlik həyatda, dini məqsədlər üçün və ya sehrli ayinlərdə istifadə edildiyini bilmirdilər. 1984-cü ildə Tampa İncəsənət Muzeyinə verilən kubokun məzmununu təhlil edən alimlər bu suala cavab veriblər.
İlk dəfə Qahirə yaxınlığında aşkar edilən keramika fincanı eramızdan əvvəl II əsrə aid edilib. Besin təsvir olunduğu əsərin məzmununu araşdıran qrup halüsinogen bitkilərin, spirtin və insan bədəni mayelərinin izlərinə rast gəlib.
Kiçik fincanda hallüsinasiyalara səbəb olduğu bilinən üç ayrı bitki izləri aşkar edilib.
Misirin Süveyş kanalının gəlirləri...
Batumidən Moskvaya uçan təyyarə reysləri...
Çində dünyanın ən böyük layihəsi həyata...
Fəlakətin 20-ci ildönümü: Hind okeanını...
"Buddist irsinin izləri: Tayland...