“Uşaq hüquqları haqqında” Qanuna dəyişikliklər təsdiqləndi
“Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Fhnews.az xəbər verir ki, bu məsələ parlamentin noyabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Layihədə təklif olunan dəyişikliklər uşaq müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, uşaq hüquqlarının həyata keçirilməsinin təkmilləşdirilməsinə xidmət edir.
Qanun layihəsi “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə hazırlanıb.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq təsdiqlənib.
“Embraer 190” təyyarə qəzasında həlak...
AZAL: Təyyarə qəzasında həlak olanların...
Təyyarə qəzası nəticəsində xəsarət almış...
Aktau yaxınlığında baş verən təyyarə...
Aktauda olan Fövqəladə Hallar...