“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna dəyişiklik edilir
Milli Məclis “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif edilən dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.
Fhnews.az xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” 2021-ci il 9 iyul tarixli Qanunun icrası ilə əlaqədar Enerji Effektivliyi Fondu yaradılıb. Bu qanun layihəsi də Fondun vəsaitlərinin formalaşma mənbələrinin genişləndirilməsi və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Nəticədə enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə üçün daha əlverişli şəraitin yaradılması, müvafiq sahənin dəstəklənməsi, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirin qarşısının alınması kimi məsələlərin maliyyə təminatı bu vəsaitlər hesabına artacaq.
Layihədə yalnız tarifləri tənzimlənən enerji növlərinin deyil, eyni zamanda, qiymətləri tənzimlənməyən enerji növlərinin satışından ayrılan vəsaitin də Enerji Effektivliyi Fonduna köçürülməsinin hüquqi əsasları təsbit olunub.
“Embraer 190” təyyarə qəzasında həlak...
Aktau yaxınlığında təyyarənin qəzaya...
AZAL: Təyyarə qəzasında həlak olanların...
Təyyarə qəzası nəticəsində xəsarət almış...
Aktau yaxınlığında baş verən təyyarə...