“Bloomberg”: Almaniya çip istehsalına 2 milyard avro sərmayə yatıracaq
Almaniyanın hakimiyyət orqanları ölkənin yarımkeçirici sənayesinin inkişafına təxminən 2 milyard avro sərmayə yatırmaq niyyətindədir.
Fhnews.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Almaniya İqtisadiyyat Nazirliyi həmin vəsaiti müxtəlif sahələrə, o cümlədən yarımkeçirici plastinlərin istehsalı və çiplərin yığılması üzrə 10-15 layihəyə yatırmağı planlaşdırır. Bu istiqamətdə investisiyaların həcminin bir neçə milyard avroya çatacağı gözlənilir. Nazirlik, həmçinin çip istehsalçılarını subsidiyalar üçün müraciət etməyə çağırıb.
Hazırda Almaniyanın yarımkeçirici sənayesi ciddi böhranla üzləşib. Bir müddət əvvəl ABŞ-ın “Intel” korporasiyası Maqdeburq şəhərində təxminən 30 milyard avroluq zavodun tikinti layihəsini dayandırmaq qərarına gəlib. Eyni zamanda, “Wolfspeed” və “ZF Friedrichshafen” şirkətləri ölkənin qərbində çip istehsalı planlarından imtina edib.
Misirin Süveyş kanalının gəlirləri...
Batumidən Moskvaya uçan təyyarə reysləri...
Çində dünyanın ən böyük layihəsi həyata...
Fəlakətin 20-ci ildönümü: Hind okeanını...
"Buddist irsinin izləri: Tayland...