26 dekabr 2024, cümə axşamı Bakı, 9°C
IMG-LOGO

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 102 kiloqram işlənmiş batareya təhvil alınıb

29-11-2024
IMG

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ekokönüllülər tərəfindən Azərbaycan Hava yollarından, “Metak” şirkətindən və “Azercell”in baş ofisindən ümumilikdə 102 kiloqram işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

Qeyd edək ki, hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, market şəbəkələrində, təhsil müəssisələrində, banklarda və hotellərdə 500-dən çox təhvil qutusu yerləşdirilərək layihəyə dəstək verilir.

Paylaş: