Kamerunda qayıq qəzası nəticəsində azı 20 nəfər ölüb
Kamerunun ucqar şimal bölgəsində cümə axşamı günü baş verən qayıq qəzası nəticəsində azı 20 nəfər həlak olub.
Fhnews.az xəbər verir ki, bu barədə Sinxua agentliyi hadisə şahidlərinə və təhlükəsizlik orqanlarındakı mənbələrə istinadla məlumat yayıb. Qayığın Darak adasından sərnişin daşıyarkən qəzaya uğradığı bildirilir.
Yerli mediada yayılan məlumata görə, xilasetmə işləri davam edir və ölənlərin sayının arta biləcəyi istisna olunmur. Hüquq-mühafizə orqanları qəzanın səbəbləri ilə bağlı rəsmi araşdırmaya başlayıblar.
Kamerunun şimal bölgəsində həddindən artıq yüklənmə, daşıma qaydalarının pozulması və pis hava şəraiti səbəbindən gəmi qəzaları tez-tez baş verir.
Misirin Süveyş kanalının gəlirləri...
Batumidən Moskvaya uçan təyyarə reysləri...
Çində dünyanın ən böyük layihəsi həyata...
Fəlakətin 20-ci ildönümü: Hind okeanını...
"Buddist irsinin izləri: Tayland...