26 dekabr 2024, cümə axşamı Bakı, 9°C
IMG-LOGO

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi Pakistan Beynəlxalq Hava Yollarının uçuşlarına qoyulan qadağanı ləğv edib

29-11-2024
IMG

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi Pakistan Beynəlxalq Hava Yollarının uçuşlarına qoyulan qadağanı ləğv edib.

Fhnews.az xəbər verir ki, bu barədə Pakistanın Müdafiə və Aviasiya naziri Xavaca Asif sosial media hesabında bildirib. O qeyd edib ki, bu, Aviasiya Nazirliyinin Pakistan Mülki Aviasiya Təşkilatının gücləndirilməsinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun olaraq təhlükəsizliyə nəzarətin təmin edilməsinə tam diqqət yetirməsi nəticəsində mümkün olub.

Nazir bildirib ki, qadağanın aradan qaldırılması Pakistanın milli aviadaşıyıcısının özəlləşdirilməsinə kömək edəcək.

Xatırladaq ki, Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi 2020-ci ildə Pakistan Beynəlxalq Hava Yollarının Avropada fəaliyyətini qadağan etmişdi.

Paylaş: