Astronomlar "Şlyapa Qalaktikası" kimi tanınan NGC 4594-ün yeni şəkillərini yayımlayıblar.
NASA-nın rəhbərliyi altında, Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin dəstəyi ilə hazırlanan James Webb Kosmik Teleskopu "Şlyapa Qalaktikası" kimi tanınan NGC 4594-ün yeni şəkillərini dərc edib.
1781-ci ildə Pierre Mechain tərəfindən kəşf edilən NGC 4594 onu əhatə edən toz halqası ilə tanınır və formasına görə Sombrero (Meksika papağı) və ya "Şlyapa Qalaktikası" ləqəbini alıb. Əvvəllər Hubble Teleskopu tərəfindən müşahidə edilən bu qalaktika indi James Webb Kosmik Teleskopu sayəsində daha ətraflı şəkildə araşdırılıb. Yeni məlumatlar qalaktikanın quruluşu ilə bağlı gözlənilməz nəticələr ortaya çıxarıb. Ulduz əmələgəlmə mərkəzlərinin Şlyapa Qalaktikasının toz halqasında tapıla biləcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Lakin James Webb Kosmik Teleskopundan alınan yeni məlumatlar bu halqada demək olar ki, heç bir ulduz əmələ gəlmədiyini, bunun əvəzinə isti molekulyar qaz qruplarının olduğunu göstərdi.
Bu tapıntı qalaktikanın toz halqası haqqında əvvəlki anlayışları kökündən dəyişib. Qalaktikanın mərkəzinə dair köhnə təxminlər orada ulduzların sıx halosunun tapılacağını gözləyirdi. Bununla belə, yeni alınan görüntülər bu bölgədə düz bir diskin olduğunu və qalaktikanın qara dəliyinin daha az parlaqlığa malik olduğunu ortaya qoyub. Bu, qalaktikanın mərkəzi haqqında yeni bir anlayışa səbəb olub.
“Şapka Qalaktikası” təqribən 2 min qlobular ulduz çoxluğu ilə diqqəti cəlb edir. Bu rəqəm qalaktikanın ölçüsünə görə kifayət qədər yüksəkdir və alimlər bu qədər qlobular ulduz klasterinin qalaktikanın strukturuna necə təsir etdiyini anlamaq üçün gələcək müşahidələrə diqqət yetirəcəklər.
Yeni məlumat qalaktikalar və ulduzların əmələ gəlməsi ilə bağlı bilinənləri kökündən dəyişə bilər.
Misirin Süveyş kanalının gəlirləri...
Batumidən Moskvaya uçan təyyarə reysləri...
Çində dünyanın ən böyük layihəsi həyata...
Fəlakətin 20-ci ildönümü: Hind okeanını...
"Buddist irsinin izləri: Tayland...