Səhiyyə naziri: Türkiyədə meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb
Türkiyədə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb.
Fhnews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəhbəri Kamal Memişoğlu “Habertürk” telekanalına açıqlamasında bildirib.
“Hazırda vətəndaşlarımız arasında təşviş və panikaya əsas yoxdur, biz müvafiq hazırlıq işləri aparmışıq. Hələ ki, Türkiyədə yeni meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb”.
Yerli mətbuatın yazdığına görə, meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq üçün Türk Hava Yollarının stüardessaları Afrikaya uçuşlarda maska və əlcəklərdən istifadə edəcəklər.
Yunanıstanda 4 adada təhsil daha bir...
Xəzər dənizinin qırmızı rəngə...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
Sözlərin gücü beynimizin kimyasını...
İsveçin Uppsala şəhərində yüzdən çox...