26 dekabr 2024, cümə axşamı Bakı, 9°C
IMG-LOGO

Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilib

29-11-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən bu ilin yanvar-oktyabr aylarında 18 yaşadək əlilliyi olan 33 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 1,7 mini stasionar, 22 mindən çoxu ambulator, digərləri icma əsaslı, onlayn, ippoterapiya, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı uşaq reabilitasiya mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı uşaq reabilitasiya mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Paylaş: