Əlilliyi olan şəxslərə ötən ay 9,1 min reabilitasiya vasitəsi verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar ayında əlilliyi olan şəxslərə 9,1 min reabilitasiya vasitəsi verilib.
Fhnews.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Onlardan 612-i təkərli oturacaq (o cümlədən 3-ü mühərrikli təkərli oturacaq), 190-ı aşağı və yuxarı ətraf, habelə 235-i eşitmə aparatı, 227-si qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 247 cüt protez ayaqqabı, 454 cüt ortopedik ayaqqabı, 7 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Yanvar ayında ümumilikdə 1,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.
Azərbaycan artistləri Qazaxıstanda...
Ucarda əkin sahələrinin vaxtında...
Xocalının Ballıca kəndinə növbəti köç...
Ali Məhkəmənin Cinayət kollegiyasının...
AZAL Səmərqəndə uçuşları bərpa edib...