14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

ADY həftəsonu bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb

16-01-2024

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) həftəsonu 19 mindən çox sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırıb.

Fhnews.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, Abşeron dairəvi dəmir yolu xətti üzrə 16 778 sərnişin, Bakı-Ağstafa-Bakı üzrə 1 679 sərnişin, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 564 sərnişin səfər edib.

Həmçinin 13-14 yanvar tarixlərində ADY-nin 24/7 fəaliyyət göstərən Əlaqə Mərkəzi tərəfindən 1 706 müraciət cavablandırılıb.

Paylaş: