İsraildə meşə yanğınları davam edir
İsrail yanğınsöndürənləri Qüds və Təl-Əviv arasındakı meşədə baş verən yanğının ölkə tarixindəki ən böyük yanğınlardan biri olduğunu bildirib. İsraildə Qüds və Təl-Əviv arasındakı Eştaol meşəsində bu gün başlayan yanğınlar səbəbindən indiyədək 5 yaşayış məntəqəsi boşaldılıb.
İsrail yanğınla mübarizə üçün Yunanıstan, Xorvatiya, İtaliya və Cənubi Kipr Rum Administrasiyası da daxil olmaqla altı ölkədən beynəlxalq yardım istəyib.
İsrail yanğınsöndürmə briqadası 12 yanğınsöndürmə təyyarəsi və 50 xilasetmə və yanğınsöndürmə qrupu ilə güclü külək səbəbindən genişlənən yanğının nəzarət altına alınması üçün çalışır.
İsraildə meşə yanğınları davam edir...
ABŞ-da şiddətli fırtınalar səbəbindən...
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun...
Yaponiyada tibbi imtahandan uğurla keçən...
ŞKTC Prezidenti Azərbaycan alimlərini...