XİN: USAID rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdikləri iddialar separatizmin təşviqindən başqa bir şey deyil
Sentyabrın 16-da Ermənistanın ABŞ-dakı səfirliyində Müstəqillik Günü tədbirində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamasını şiddətlə pisləyir və qətiyyətlə rədd edirik.
Administrator müavininin son dərəcə məsuliyyətsiz ifadələri Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıyır.
Fhnews.az xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin məsələ ilə bağlı şərhində yer alıb.
A.Hacızadə, həmçinin qeyd edib: "Azərbaycanın tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və heç vaxt mülki əhalini hədəf almayıb.
Antiterror tədbirlərinə gətirib çıxaran Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərin yerinə yetirilməməsini, Ermənistan rəhbərliyi tərəfindən hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistanın baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə sentyabrın 2-də ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdikləri iddialar separatizmin və Ermənistanın daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin regionda sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərə münasibətdə eyni həvəs nümayiş etdirməyən uzaqgörməz siyasəti və mövcud reallıqlardan xəbərsizliyi ziyanlıdır, regionda sülh və təhlükəsizlik naminə heç bir nəticə verməyəcək".
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...