Berlində qayığın yük gəmisi ilə toqquşması nəticəsində bir nəfər həlak olub
Berlinin Şpandau rayonunda Aşağı Havel kanalında dördnəfərlik qayığın yük gəmisi ilə toqquşması nəticəsində bir nəfər həlak olub.
Fhnews.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Dişinger körpüsünün yaxınlığında baş verən qəzada qayıq yük gəmisi ilə toqquşduqdan sonra ikiyə bölünərək batıb. Qayıqda olan dörd nəfərdən üçü xilas ola bilib. Ağır xəsarət alan 66 yaşlı qadın helikopterlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.
Evdə çox əzizlənən, yaxud laqeyd...
Oturaq həyat tərzi ürək sağlamlığına...
Hindistanda 5,3 bal gücündə zəlzələ...
Rusiyanın Kamçatka bölgəsində zəlzələ...
Alimlər içməli sudakı mikroplastikləri...