4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Heyvanların təbii fəlakətləri proqnozlaşdıra bilməsinə dair yeni araşdırma

02-12-2024
IMG

Bir qrup alim it, keçi və digər kənd təsərrüfatı heyvanlarının vulkan püskürmələri və zəlzələlər kimi təbii fəlakətləri proqnozlaşdıra bilib-bilməyəcəyini araşdırır. Bunun üçün alimlər məməlilərə, quşlara və həşəratlara qoşulmuş kiçik ötürücülərlə kosmosdakı peykdən onların hərəkətlərini izləyəcəkləri bir proqram tərtib ediblər.

Tədqiqat onların gözlənilən fəlakətlərə reaksiyalarını təhlil etməklə yanaşı, xəstəliklərin yayılmasını, iqlim dəyişikliyinin təsirini və miqrasiya nümunələrini də araşdıracaq.

Siciliyadakı aktiv Etna dağının yamaclarında sensorlar keçilərin püskürmədən əvvəl gərgin olduğunu və daha yüksək otlaqlara köçmədiyini göstərib.

Layihənin rəhbəri, Almaniyadakı Maks Plank Heyvan Davranışı İnstitutundan Martin Vikelski  “The Guardian”a verdiyi açıqlamada qeyd edib ki,təxminən 6 peykdən ibarət donanma buraxmağa və planetdəki canlı təbiətin hərəkəti və heyvan sağlamlığının təfərrüatlarını təqdim etməklə yanaşı, canlıların zəlzələ kimi təbii fəlakətlərə necə reaksiya verdiyini də ortaya qoyacaq qlobal müşahidə şəbəkəsi qurmağa ümid edirik.
Heyvanların niyə belə davrandığı hələ də aydın olmasa da, Vikelski  tektonik plitələrin hərəkətinin onların "daşlardan havaya ionları" ataraq reaksiyalarına səbəb ola biləcəyini ehtimal edir. 

Tagging texnologiyası elm adamlarına təhlil edilə bilən məlumatları toplayan kiçik rəqəmsal ötürücülərlə heyvanların davranışını izləməyi asanlaşdırır.

Məsələn, vəhşi donuzun üzərinə qoyulmuş elektron qulaq nişanı çox yoluxucu Afrika donuz taununun vəhşi donuzlarla ev donuzları arasında sürətlə yayıldığını göstərib.

Texnologiya həmçinin alimlərə miqrasiyanı və ölüm başlı şahin güvələri kimi canlıların niyə hər il Avropa və Afrika arasında 3000 kilometrdən çox məsafə qət etdiyini anlamağa kömək edəcək.

"Eyni şəkildə, biz heyvan populyasiyalarını öyrənə biləcəyik ki, onların qlobal istiləşmənin səbəb olduğu yaşayış mühitinin dəyişməsinə necə reaksiya verdiyini müəyyən edə bilərik"-deyə Vikelski fikirlərini əsaslandırıb.

Qeyd edək ki, kosmosdan istifadə edərək Heyvanların Tədqiqatları üzrə Beynəlxalq Əməkdaşlıq  bir neçə il əvvəl işə salınmalı idi, lakin Ukraynadakı  müharibə səbəbindən Beynəlxalq Kosmik Stansiyada rus həmkarları ilə əməkdaşlığa son verilib. 

Komanda indi layihə üzərində işə başlamaq üçün gələn il buraxılması planlaşdırılan yeni kiçik peyk hazırlayıb.

Paylaş: