Konqoda müəmmalı epidemiya
Konqo Demokratik Respublikasında qripə bənzər əlamətlərlə ortaya çıxan sirli xəstəlik qısa zamanda 143 nəfərin həyatına son qoyub. Xüsusilə qadın və uşaqları təhdid edən xəstəliyə qarşı Ümumdünya Səhiyyə Təşkilatı tədbir görüb.
Xəstəliyin mənbəyini araşdırmaq və nümunələr toplamaq üçün bölgəyə tibbi qruplar göndərilərkən, yerli vətəndaş cəmiyyətinin lideri Cephorien Manzanza vəziyyətin ciddi narahatlıq yaratdığını bildirib.
Bölgədəki epidemioloqlar epidemiyadan ən çox qadın və uşaqların təsirləndiyini vurğulayıb.Ötən həftə məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına məlumat verildiyi bildirilib. Epidemiyanın yayılmasının qarşısını almaq üçün beynəlxalq dəstək və araşdırmalar davam edir.
Evdə çox əzizlənən, yaxud laqeyd...
Oturaq həyat tərzi ürək sağlamlığına...
Hindistanda 5,3 bal gücündə zəlzələ...
Rusiyanın Kamçatka bölgəsində zəlzələ...
Alimlər içməli sudakı mikroplastikləri...