4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Dünyanın ən nadir balinası ilk dəfə araşdırılır

02-12-2024
IMG

Yeni Zelandiya alimləri dünyanın ən nadir balinası hesab edilən növü tədqiq etməyə başlayıblar və indiyədək onların yalnız yeddi nümunəsi sənədləşdirilib. Bir həftə davam edəcək araşdırma balinanın davranışı, pəhrizi və hətta əsas anatomiyası ilə bağlı boşluqları doldurmağa kömək edəcək.

Qeyd edək ki, bu ilin əvvəlində Yeni Zelandiyanın Cənub adasında sahilə çıxan ölü avar dişli balina əvvəllər heç vaxt canlı olaraq görülməmiş dərin dəniz məməlisini araşdırmaq şansı verib.

Beş metr uzunluğundakı balina iyul ayında sahildən çıxarılıb və o vaxtdan bəri xüsusi dondurucuda saxlanılır. Balina mütəxəssisi Anton van Helden bildirib ki, alimlər ilk dəfə dimdikli balina ailəsinə aid tam avar dişli nümunəni tədqiq edə biliblər. O, bunu  fövqəladə və qlobal əhəmiyyətli bir fürsət kimi dəyərləndirib. 

Bir həftə davam edəcək araşdırma balinanın davranışı, pəhrizi və hətta əsas anatomiyası ilə bağlı boşluqları doldurmağa kömək edəcək. Van Heldenin sözlərinə görə, dimdikli balinalar planetdəki böyük məməlilərin ən müəmmalı qrupudur. Onlar dənizdə nadir hallarda görülən dərin dalğıclardır və bu, dəniz heyvanlarını öyrənmək üçün əsl çətinliklər yaradır.

Paylaş: