Ceyhun Bayramov: COP29 çərçivəsində əldə olunmuş razılıqlar iqlim dəyişikliyi ilə mübarizədə vacib dönüş nöqtəsidir
Bakı Maliyyə Məqsədi daxil olmaqla, COP29 çərçivəsində əldə olunmuş razılıqlar iqlim dəyişikliyi ilə mübarizə istiqamətində vacib dönüş nöqtəsidir.
Fhnews.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.
Regional dayanıqlı inkişaf təşəbbüslərindən bəhs edən nazir Ceyhun Bayramov bu istiqamətdə COP29 çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in bölgəmizdə iqtisadi inkişaf və enerji təhlükəsizliyinin təminində müstəsna rol oynayacağına dair inamını ifadə edib.
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...
Azərbaycan və İran XİN rəhbərləri...
RF Dövlət Duması Bakıda keçirilən...
Milli Məclisdə 2025-ci ilin dövlət...