Gürcüstandan olan güləşçimiz beynəlxalq turnirin qalibi olub
Gürcüstanın Kutaisi şəhərində 15 və 17 yaşlılar arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Fhnews.az xəbər verir ki, Əməkdar idman ustası, ikiqat dünya və Avropa çempionu Teymuraz Apxazavanın xatirəsinə həsr olunmuş turnirdə Gürcüstan, Polşa, Macarıstan, Estoniya, Latviya, Litva və Ermənistandan olan 400-dən çox idmançı iştirak edib.
Turnirdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yetirməsi Hüseyn Mansurov 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib.
H.Mansurov final görüşündə Ermənistandan olan rəqibini 9:0 hesabı ilə vaxtından əvvəl məğlub edərək 1-ci yerə layiq görülüb.
Azərbaycan gimnastları Serbiyada...
Dünyada ən çox tamaşaçı toplayan...
Fərid Qayıbov: COP29 ölkəmizin həm...
Sumqayıtda Uşaq Paralimpiya Oyunları...
Gürcüstandan olan güləşçimiz beynəlxalq...