Dünyada ən çox tamaşaçı toplayan stadionlar açıqlanıb
“Transfermarkt” portalı dünyada ən çox tamaşaçı toplayan stadionların adlarını açıqlayıb.
Fhnews.az xəbər verir ki, 100 arenanın yer aldığı siyahıya Almaniyanın “Borussiya Dortmund” klubunun ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” başçılıq edir. Bu stadion orta hesabla 81 min 365 tamaşaçı qəbul edir.
İkinci sırada Argentina təmsilçisi “River Pleyt”in doğma arenası “Monumental” (79 min 679), üçüncü pillədə Almaniya “Bavariya”sının rəqiblərini qəbul etdiyi “Alyans Arena” (75 min) qərarlaşıb. Siyahıda Türkiyə klubları da yer alıblar. “Qalatasaray”ın “Rams Park” stadionu orta hesabla 36 min 903, “Fənərbağça”nın “Şükrü Saraçoğlu” arenası 31 min 732, “Beşiktaş”ın "Vodofon Arena" stadionu isə 31 min 193 tamaşaçı toplayır. Bu göstərici ilə onlar siyahıda müvafiq olaraq 58, 77 və 82-cidirlər.
Dünyada ən çox tamaşaçı toplayan 10 stadion:
1. “Siqnal İduna Park” (“Borussiya Dortmund”, Almaniya) - 81 min 365
2. “Monumental” (“River Pleyt”, Argentina) - 79 min 679
3. “Alyans Arena” (“Bavariya”, Almaniya) - 75 min
4. “Old Trafford” (“Mançester Yunayted”, İngiltərə) - 73 min 873
5. “Cüzeppe Meatsa” (“İnter”, İtaliya) - 72 min 245
6. “San Siro” (“Milan”, İtaliya) - 71 min 686
7. “Santyaqo Bernabeu” (“Real Madrid”, İspaniya) - 63 min 416
8. Olimpiya Stadionu (“Roma”, İtaliya) - 62 min 108
9. “Tottenhem” stadionu (“Tottenhem”, İngiltərə) - 61 min 361
10. “Metropolitano” (“Atletiko”, İspaniya) - 60 min 656
Azərbaycan gimnastları Serbiyada...
Dünyada ən çox tamaşaçı toplayan...
Fərid Qayıbov: COP29 ölkəmizin həm...
Sumqayıtda Uşaq Paralimpiya Oyunları...
Gürcüstandan olan güləşçimiz beynəlxalq...