RF Dövlət Duması Bakıda keçirilən COP29-un yüksək səviyyədə təşkilini qeyd edib
zərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Dövlət Dumasının sədr müavini, Azərbaycan parlamenti ilə əlaqələr üzrə deputat qrupunun kuratoru Aleksey Qordeyevlə görüşüb.
Fhnews.az xəbər verir ki, söhbət zamanı müttəfiqlik fəaliyyəti səviyyəsində ikitərəfli münasibətlərə, o cümlədən Azərbaycan-Rusiya parlamentlərarası təmasların aktivləşdirilməsinə dair aktual məsələlərə toxunulub.
Tərəflər Bakıda uğurla başa çatmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) xüsusi diqqət yetiriblər. Bu kontekstdə Rusiya tərəfi tədbirin yüksək səviyyədə təşkilini qeyd edib və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Görüşdə hər iki tərəfin parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, onun praktiki məzmunla doldurulması istiqamətində birgə işi davam etdirmək niyyəti təsdiqlənib.
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...
Azərbaycan və İran XİN rəhbərləri...
RF Dövlət Duması Bakıda keçirilən...
Milli Məclisdə 2025-ci ilin dövlət...