Koreyada tələbələr üçün Azərbaycan dili üzrə nitq müsabiqəsi keçirilib
Koreyanın Hankuk Xarici Tədqiqatlar Universitetinin Azərbaycan və türk dili departamentinin müəllimi, professor Rövşən İbrahimovun tələbələri Azərbaycan dili üzrə nitq müsabiqəsində iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, tədbirdə Azərbaycan və Türkiyənin Koreya Respublikasındakı səfirliklərinin nümayəndələri iştirak edib, qalibləri mükafatlandırıblar.
Müsabiqədə birinci yerə layiq görülən Pe İnxe “Koroğlu” dastanından bəhs edib. O, ağır xəstəlik keçirəndən sonra depressiyaya qapılmasından, dastanın ona ruh yüksəkliyi verməsindən, oxuyub bitirəndən sonra həyata baxışının dəyişməsindən söhbət açıb. İkinci yeri tutan Kim Dabin təhsilinin magistratura pilləsini Azərbaycanda davam etdirmək niyyətində olduğunu və ölkəmizin iqtisadiyyatını daha dərindən öyrənmək istədiyini vurğulayıb. Yarışmanın üçüncü yerinin sahibi Yun Socin isə Azərbaycan voleybolu ilə yaxından maraqlandığını bildirib və bu idman növünün ölkəmizdə inkişafından bəhs edib.
Qeyd edək ki, nitq müsabiqəsi hər ilin dekabrında keçirilir.
Azərbaycanın daha bir mədəni elementi...
Koreyada tələbələr üçün Azərbaycan dili...
Marneulidə gənc rəssamların “Ağ və...
Azərbaycan Ankarada keçirilən 21-ci...
Uralskda Azərbaycan Mədəniyyət Günləri...