Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilir
Dekabrın 2-də Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ictimai dinləmə keçirilir.
Fhnews.az xəbər verir ki, “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda təşkil olunan ictimai dinləmədə Milli Məclisin deputatları ilə yanaşı, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri iştirak edirlər.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli bildirib ki, parlamentdə təkcə 2023-cü ildə Qərbi Azərbaycana qayıdışla bağlı 5 dəfə ictimai dinləmə keçirilib. Bu dinləmələr Milli Məclisin müxtəlif komitələri tərəfindən təşkil edilib.
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...
Azərbaycan və İran XİN rəhbərləri...
RF Dövlət Duması Bakıda keçirilən...
Milli Məclisdə 2025-ci ilin dövlət...