4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

BMU komandalarının startapları Astanada təqdim olunub
 

02-12-2024
IMG

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “TikTok”un birgə təlim proqramı olan “TikTok Startup Academy”ə seçilən Bakı Mühəndislik Universitetinin (BMU) məzun və tələbələrinin startapları Astanada təqdim olunub.

BMU-dan bildirilib ki, proseslərin avtomatlaşdırılması ixtisasının məzunu Niyyət Rzayevin layihə rəhbəri olduğu “A4TB” (All for the Best) komandası və informasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Altun Tarverdiyevin layihə rəhbəri olduğu “Ferma AI” komandasının hazırladığı startaplar “TikTok Startup Academy” iştirakçıları tərəfindən maraqla qarşılanıb.

“Ferma AI” “Agriculture” sahəsində problemlərin həllini bacaran süni intellekt layihəsidir. “A4TB” layihəsi isə insanlar üçün “Scooter” və elektrikli nəqliyyat vasitələrinə yeni texnologiyalar əsasında əlçatanlıq yaradır.

Komandalar təlimin final mərhələsi çərçivəsində, həmçinin "TikTok" platforması üçün marketinq bacarıqlarını təkmilləşdirən və ingilis dilində keçirilən vörkşoplara qatılıb, marketinq strategiyalarını nümayiş etdiriblər.

Paylaş: