1,5 milyon illik ayaq izlərinin sirri açılıb
2021-ci ildə Keniyada Turkana gölünün sahilində aşkar edilən və 1,5 milyon il əvvələ aid edilən ayaq izləri Homo erectus və Paranthropus boiseinin eyni yerdə və eyni zamanda yaşadığını göstərir. Homo erectusun müasir insanların birbaşa əcdadı olduğu güman edilir, Paranthropus boisei isə daha çox meymunlara bənzəyir və daha sürətli yeriyirdi.
Tədqiqatçı alim Neil Roach Homo erectusun yerimə tərzinin müasir insanlara bənzədiyini söyləyərək, "Ayaqları sərt olub və yeriyərkən əvvəlcə dabanlarını basıb, sonra barmaqlarını istifadə ediblər”-deyib.
ABŞ-nın Chatham Universitetinin alimi Kevin Hatalanın fikrincə, ilk dəfə iki növün yan-yana yaşadığını bilirik. Yəqin ki, onlar bir-birlərinin varlığından xəbərdar olublar.
Tədqiqatçılar iki növün eyni ekosistemdə yaşadığını təsdiqləyirlər. Ayaq izlərinin bir neçə saat və ya gün fərqlə əmələ gəlməsi bu iki növün bir-biri ilə qarşılıqlı əlaqədə ola biləcəyini göstərir.
Evdə çox əzizlənən, yaxud laqeyd...
Oturaq həyat tərzi ürək sağlamlığına...
Hindistanda 5,3 bal gücündə zəlzələ...
Rusiyanın Kamçatka bölgəsində zəlzələ...
Alimlər içməli sudakı mikroplastikləri...