Əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsait 2 dəfədən çox artıb
Ölkəmizdə aparılan sosial islahatların tərkib hissəsi kimi, əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin davamlı artımı təmin olunur. Həmin kateqoriyadan olan şəxslərə əlilliyə görə aylıq pensiya, müavinət, təqaüd ödənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, 2018-2024-cü illərdə ölkədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım olub.
Həmçinin əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2,1 dəfə və ya 1,3 milyard manat artım özünü göstərib.
Həmin vəsait 2018-ci ildə 1,2 milyard manat təşkil edirdisə, hazırda 2,5 milyard manata yaxındır.
Sabahın hava proqnozu açıqlanıb...
Azərbaycan Respublikasının fövqəladə...
NİİM: Qəzalar bəzi sürücülərin...
BDYPİ piyadalara çağırış edib...
FHN Akademiyasında Azərbaycan dilinin...