4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Bayburtdakı Sırakayalar şəlaləsi donub

02-12-2024
IMG

Hər fəslin öz gözəllikləri var,qışın ağ örtüklü gözəllikləri isə bir başqadır. Hər mövsüm ziyarətçilərinə fərqli bir gözəllik təqdim edən Türkiyənin Bayburt bölgəsindəki Sırakayalar şəlaləsi buz bağlayıb. 

Şəhər mərkəzindən 16 kilometr aralıda, Sırakayalar kəndi sərhədləri içərisində yerləşən və adını bu kənddən alan şəlalə təbiət turizmi baxımından bölgənin əhəmiyyətli mərkəzləri sırasındadır.

Gecələr havanın temperaturunun 20 dərəcə şaxtaya endiyi bölgədəki Sırakayalar şəlaləsində hündürlüyü 10 metrdən çox olan buz sarğıları göz oxşayan mənzərələr təqdim edir.

Paylaş: