Malayziyada daşqınlar səbəbindən 150 mindən çox insan təxliyə edilib
“Bernama” xəbər agentliyinin məlumatına görə, həddindən artıq yağışın səbəb olduğu sel və torpaq sürüşmələri başda Kelantan əyaləti olmaqla bir çox bölgədə həyata mənfi təsir etməkdə davam edir.
Ölkə daxilində daşqınlar səbəbindən təhlükəsiz bölgələrə təxliyə edilənlərin sayı 152 mini keçib. Daşqından ən çox zərər çəkən Kelantan əyalətində 96 mindən çox insan təxliyə edilib.
Rəsmilər ölkənin beş böyük çayında suyun səviyyəsinin təhlükəli səviyyədə olduğunu bildiriblər.
Milli Fəlakətlərin İdarə Olunması Agentliyi 7 ştatda güclü yağışların daşqın və torpaq sürüşməsinə səbəb olduğunu və ilkin məlumatlara görə 3 nəfərin öldüyünü açıqlayıb.
Qeyd edək ki, noyabr ayında başlayan və mart ayına qədər davam edən musson yağışları səbəbindən Malayziyanın bir çox yerində tez-tez daşqınlar və torpaq sürüşmələri baş verir.
Evdə çox əzizlənən, yaxud laqeyd...
Oturaq həyat tərzi ürək sağlamlığına...
Hindistanda 5,3 bal gücündə zəlzələ...
Rusiyanın Kamçatka bölgəsində zəlzələ...
Alimlər içməli sudakı mikroplastikləri...