Türkiyəli yaşlı qadın dil öyrənmək üçün Qazaxıstanda tələbə olub
Türküstan şəhərindəki (Qazaxıstan) Əhməd Yasəvi Universitetinin 69 yaşlı tələbəsi Kadriye İşıklı qazax dilini öyrənmək və yerli mədəniyyətlə tanış olmaq üçün İstanbuldan gəlib.
Fhnews.az Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Türkiyədə “Turizm” ixtisası üzrə ali təhsil almış üç uşaq anası universitetin tarixi ərzində ən yaşlı tələbəsi olub.
Kadriye İşıklı dünyanın 20-yə yaxın ölkəsini gəzib və indi Mərkəzi Asiya mədəniyyətini dərindən öyrənmək üçün Türküstandadır.
“Hazırda qazax dilini öyrənirəm. Mən Türk ölkələrinin mədəniyyəti ilə tanış olmağı xoşlayıram. Burada qazax dilini öyrənmək, mədəniyyəti ilə tanış olmaq, daha sonra digər qardaş ölkələrə səfər etmək istəyirəm”, – deyə yenicə tələbə olan xanım bildirib.
Türküstana cəmi bir ay yarımdır gəlməsinə baxmayaraq, K.İşıklı artıq qazax dilini başa düşməyə imkan verən səviyyəyə çatıb. O, Türk dünyasından olan tələbələrin iki semestr ərzində qazax, türk, rus və ingilis dillərini öyrəndiyi universitetin Hazırlıq Mərkəzində təhsil alır.
“Məktəbəqədər təhsildə liderlik”...
BDU-nun 105 illik yubileyi çərçivəsində...
UNEC tələbələri “Bloomberg” Qlobal...
Yaşıl dünya üçün bilginin gücü:...
Kiberfiziki sistemlərin intellektual...