4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İranda qüvvəyə minəcək “Hicab qanunu” müzakirələrə səbəb olub

01-12-2024
IMG

İranda yaxın günlərdə qüvvəyə minməsi gözlənilən məcburi hicabın da yer aldığı “Hicab Qanunu” ölkədə reaksiyalara səbəb olub.
İran parlamenti ilə Konstitusiyanın Keşikçilər Şurası arasında bir müddətdir müzakirə edilən “Hicab qanunu” kimi tanınan “Ailəni dəstəkləmək üçün iffət və hicab mədəniyyətinin təbliği” qanununun dekabrın 13-də qüvvəyə minməsi gözlənilir.

Cərimə və həbsi ehtiva edən qanun 72 maddədən ibarətdir, qanuna əməl etməyənlərə 71 dollardan təxminən 2 min 350 dollara qədər pul cəzası veriləcək.

Cəriməni 10 gün ərzində ödəməyənlərə dövlət idarələrində və banklarda xidmət göstərilməyəcək, pasport, nəqliyyat vasitəsi və sürücülük vəsiqəsi ala bilməyəcək.

Dünən ictimaiyyətə təfərrüatları açıqlanan “Hicab Qanunu”na islahatçı qanaddan da reaksiyalar olub.

Qeyd edək ki, İranda məcburi hicab qaydasını pozduğu üçün 2022-ci il sentyabrın 13-də saxlanılan Məhsa Emininin polis nəzarətində ölməsi ilə başlayan nümayişlər təxminən 4 aya yaxın davam edib və 500-dən çox insan həyatını itirib.

Hadisələr sakitləşdikdən bir müddət sonra Tehran kimi böyük şəhərlərdə bəzi qadınların ictimai yerlərdə, ticarət mərkəzlərində, kafelərdə, banklarda, məktəblərdə və küçələrdə hicaba əməl etmədiyi müşahidə edilib və bu, radikalların reaksiyasına səbəb olub.

Paylaş: