AzMİU-da tullantıların idarə edilməsinə dair maarifləndirici seminar təşkil olunub
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Strateji planlaşdırma şöbəsinin təşəbbüsü ilə universitetin Təmiz Şəhər Mərkəzində növbəti maarifləndirici seminar keçirilib.
Universitetdən bildirilib ki, “Təmiz Şəhər” ASC-nin nümayəndəsi Səyyaf Rüstəmli ilə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbələrinin görüşü böyük maraqla qarşılanıb. Tədbir tullantıların idarə olunması və zərərsizləşdirilməsi sahəsində yeniliklərin öyrənilməsi ilə yanaşı, gənclərin ekoloji məsələlərə olan baxışlarını zənginləşdirməyi hədəfləyib.
Seminar zamanı Səyyaf Rüstəmli Bakı şəhərində illik 750-800 min ton tullantının idarə edilməsinin beynəlxalq standartlara uyğun həyata keçirildiyini vurğulayıb. O, xüsusi olaraq Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun fəaliyyəti və tullantıların emalı üzrə Şərqi Avropa və MDB məkanında ən iri müəssisələrdən biri olan Bakı Bərk Tullantılar Zavodunun istehsal gücü barədə ətraflı məlumat verib.
Seminarın əsas məqsədlərindən biri COP29 çərçivəsində müzakirə edilən məsələlərlə əlaqədar tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə gücləndirmək olub. AzMİU-da keçirilən bu kimi tədbirlər tələbələrin müasir ekoloji və şəhərsalma trendlərini dərindən anlamalarına, eyni zamanda, gələcəkdə daha məsuliyyətli mühəndis və memar kimi yetişmələrinə töhfə verir.
“Məktəbəqədər təhsildə liderlik”...
BDU-nun 105 illik yubileyi çərçivəsində...
UNEC tələbələri “Bloomberg” Qlobal...
Yaşıl dünya üçün bilginin gücü:...
Kiberfiziki sistemlərin intellektual...