Macarıstanda təqaüdlə təhsil almaq imkanı: sənəd qəbuluna başlanılıb
Macarıstanda 2025-2026-cı tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsillə bağlı sənəd qəbuluna başlanılıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüdlə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində yanvarın 5-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2025-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
Proqram çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.
“Məktəbəqədər təhsildə liderlik”...
BDU-nun 105 illik yubileyi çərçivəsində...
UNEC tələbələri “Bloomberg” Qlobal...
Yaşıl dünya üçün bilginin gücü:...
Kiberfiziki sistemlərin intellektual...