"Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsində "Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları iştirak edib.
Çıxış edənlər bu cür kursların keçirilməsinin hərbi qulluqçuların ixtisas səviyyəsinin, eləcə də döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.
Bildirilib ki, kurs müddətində hərbi qulluqçular müxtəlif tapşırıqları yerinə yetirməklə peşəkar dalğıc bacarıqları əldə ediblər. Dalğıclar gəmi altına baxış, axtarış-xilasetmə əməliyyatları və digər vacib fəaliyyətləri həyata keçirərək praktiki təcrübə qazanıblar.
Hərbi qulluqçular "Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vurublar.
Milli Müdafiə Universitetində Türkiyə...
Azərbaycanla Səudiyyə Ərəbistanı...
NATO-nun proqramlarında iştirak edən...
Azərbaycanla Səudiyyə Ərəbistanı...
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı...