“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib
“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib.
Fhnews.az xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, rezidentura təhsili Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.
Həmçinin dəyişikliyə əsasən, Qaydaların 3.2-ci bəndində “bu Qaydaların əlavəsi” sözləri “müvafiq təhsil proqramları” sözləri ilə əvəz edilib. Qaydalara əlavə - “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti” ləğv edilib.
“Məktəbəqədər təhsildə liderlik”...
BDU-nun 105 illik yubileyi çərçivəsində...
UNEC tələbələri “Bloomberg” Qlobal...
Yaşıl dünya üçün bilginin gücü:...
Kiberfiziki sistemlərin intellektual...