4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

NİİM: Qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir

04-12-2024
IMG

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

Fhnews.az xəbər verir ki, müraciətdə deyilir: “Yol-nəqliyyat hadisələri əksər hallarda sıxlığın yaranmasına gətirib çıxarır. Xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə qəzalar olduğu zaman sıxlığın müddəti daha da artır və hərəkət çətinləşir. Müşahidələr göstərir ki, qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir”.

Paylaş: