5 dekabr 2024, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

Pakistanın Hüquq və Ədalət Komissiyasının katibi Qərbi azərbaycanlıların məruz qaldıqları deportasiyalar barədə məlumatlandırılıb

04-12-2024
IMG

Dekabrın 5-6-da Bakıda keçiriləcək Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfrans çərçivəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə Pakistanın Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt arasında ikitərəfli görüş keçirilib.

İcmadan bildirilib ki, görüş zamanı İcma sədri qonağa Qərbi azərbaycanlıların ötən əsr boyu mərhələlərlə deportasiyalara məruz qaldıqları barədə məlumat verib. Soydaşlarımızın geri qayıdışının təmin olunması ilə bağlı konfransda müzakirə ediləcək məsələlərə toxunan icma sədri Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının önəmini vurğulayıb.

Qonaq öz növbəsində məlumata görə təşəkkürünü bildirib, beynəlxalq hüququn əsas norma və prinsiplərindən olan qayıdış hüququnun həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Qərbi azərbaycanlıların haqq işində onları dəstəkləməyə hazır olduğunu, bununla bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında gücünü ortaya qoyacağını bildirib.

Paylaş: