Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib
Bakıda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini Arif Ağayev və Belarus Dəmir Yollarının (BDY) sədr müavini Andrey Yakobsonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
ADY-dən bildirilib ki, görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ortaq maraq doğuran layihələrin həyata keçirilməsi, iki ölkə arasında müntəzəm yükdaşımaların təşkili, o cümlədən konteyner qatarlarla yüklərin göndərilməsi barədə fikir mübadiləsi aparılıb.
Belarus tərəfi Azərbaycan ərazisindən keçməklə Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Türkiyəyə, eləcə də Şimal-Cənub marşrutu ilə İrana yüklərin göndərilməsində maraqlı olduğunu bildirib.
Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi üçün bu ilin oktyabrında Rusiya Dəmir Yollarının da iştirakı ilə keçirilmiş üçtərəfli görüşdə müzakirə edilmiş tarif siyasəti, daşıma texnologiyaları və rəqəmsallaşma barədə danışıqların davam etdirilməsi razılaşdırılıb.
Görüş zamanı həmçinin ADY-nin vaqon parkının Belarus istehsalı olan hərəkət tərkibləri ilə genişləndirilməsi barədə danışıqlar aparılıb. Hər iki tərəf universal, qapalı və sistern tipli vaqonların Azərbaycana tədarükü imkanlarını müzakirə etməyə hazır olduğunu bildirib.
Britaniya rəsmisi: COP-da razılaşmanın...
Azərbaycan və Belarus arasında dəmir...
FHN-in Şimal Regional Mərkəzinin...
HACCP sisteminin tətbiqi daxili və...
Kiçikhəcmli gəmi istifadəçiləri üçün...