“Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum davam edir
Azərbaycan Dillər Universitetində (ADU) Rus Dünyası Fondu, Bakı Rus Evi, Voronej Dövlət Universiteti və ADU-nun birgə təşkilatçılığı ilə keçirilən “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum işini bölmə iclasları ilə davam etdirib.
ADU-dan bildirilib ki, Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə və Voronej Dövlət Universitetinin prorektoru Yuri Bubnovun moderatorluğu ilə keçirilən “Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlıq: çağırışlar və perspektivlər” mövzusunda dəyirmi masada iki ölkənin təhsil sahəsində əməkdaşlıq münasibətləri və perspektivlər müzakirə olunub.
Tədbirdə akademik Ziyad Səmədzadə, Yuri Bubnov, Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Voronej Dövlət Universitetinin Beynəlxalq Təhsil İnstitutunun direktoru Alla Akulşina, həmin universitetin kafedra müdiri Olqa Boriskina, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova, Sankt-Peterburq Dövlət Universitetinin dosenti Tatyana Romanova və digərləri çıxış edərək Rusiya ilə Azərbaycan arasında təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, perspektiv inkişaf imkanlarından danışıblar.
Bildirilib ki, Azərbaycan və Rusiya universitetləri arasında elm və təhsil sahələrində mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mədəni əlaqələrin də möhkəmlənməsinə səbəb olur. Azərbaycan və Rusiyanın təhsil ictimaiyyəti arasında sıx əməkdaşlıq əlaqələri ümumilikdə bu sahədə yeni imkanlar açır, yeni perspektivlər vəd edir.
Həmin gün ADU-da beynəlxalq forum çərçivəsində daha bir tədbir - beynəlxalq münasibətlərin aktual problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib. Milli Məclisin deputatı Rasim Musabəyov və Tomsk Dövlət Universitetinin professoru Larisa Deriqlazovanın moderatorluq etdiyi tədbirdə bildirilib ki, sülh və əməkdaşlıq təkcə ümumi iqtisadi maraqlarla deyil, ortaq dəyərlərlə də təmin olunmalıdır. Bu dəyərlərin qurulmasında mədəniyyət əsas rol oynayır. İştirakçılar xüsusi olaraq vurğulayıblar ki, müasir dövrdə beynəlxalq münasibətlərin gərginliklərlə dolu olmasına baxmayaraq, mədəniyyətlərarası dialoq xalqlar arasında etimad mühitinin qurulması və sülhün təşviqi üçün unikal imkanlar yaradır.
Xarici dil fənni üzrə fəlsəfə doktoru...
Media subyektlərinin və jurnalistlərin...
Azərbaycan Universitetində TEC üzvləri...
Botanika elmində olan yeniliklər...
“Dəyişən dünyada mədəniyyətlərin...