Media subyektlərinin və jurnalistlərin fəaliyyəti hüquqi müstəvidə - seminar
Audiovizual Şura Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün “Media subyektlərinin və jurnalistlərin fəaliyyəti hüquqi müstəvidə” mövzusunda təlim təşkil edib. Təlim BDU, Audiovizual Şura və Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq keçirilib.
BDU-dan bildirilib ki, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova bu cür təlimlərin tələbələrin audiovizual media və onun tənzimlənməsi məsələlərinə dair məlumatlılığının artırılması baxımından önəmli olduğunu vurğulayıb.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev təlimin tələbə-jurnalistlərin praktiki bacarıqlarının möhkəmlənməsinə, audiovizual medianın qanunvericiliyə uyğun tənzimlənmə formalarının öyrənilməsinə xidmət etdiyini söyləyib.
Daha sonra Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı “Azərbaycanda audiovizual media və onun tənzimlənməsi” mövzusunda geniş təqdimatla çıxış edib. Bildirib ki, “Media haqqında” qanun ilə tənzimlənən audiovizual, çap və onlayn media subyeklərinin fəaliyyətinə nəzarəti Şura və Medianın İnkişafı Agentliyi həyata keçirir. Ayxan Sadıqlı audiovizual, onlayn media subyektləri, media sahəsində dövlətin vəzifələri, Şuranın əsas vəzifə və funksiyaları, audivizual mediada yayılan informasiyaya dair tələblər, tətbiq oluna bilən sanksiyalarla bağlı tələbə-jurnalistləri məlumatlandırıb.
Təlim tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə başa çatıb.
Xarici dil fənni üzrə fəlsəfə doktoru...
Media subyektlərinin və jurnalistlərin...
Azərbaycan Universitetində TEC üzvləri...
Botanika elmində olan yeniliklər...
“Dəyişən dünyada mədəniyyətlərin...