5 dekabr 2024, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

Namibiya ilk qadın prezidentini seçdi

04-12-2024
IMG

Noyabrın 27-də Namibiyada keçirilən ümumi seçkilərin qeyri-rəsmi nəticələrinə görə, 34 ildir hakimiyyətdə olan Cənubi Qərbi Afrika Xalq Təşkilatının namizədi Nandi-Ndaitva ölkənin ilk qadın prezidenti seçilib.

Namibiya Seçki Komissiyasının  məlumatına görə, Nandi-Ndaitva 57,6 faiz səs toplayıb. Beləliklə, hazırkı vitse-prezident Nandi-Ndaitvah  Namibiyanın ilk qadın prezidenti oldu.

Nandi-Ndaitvanın ən yaxın rəqibi, Dəyişiklik Uğrunda Müstəqil Vətənpərvərlər partiyasının namizədi Panduleni Itula 26 faiz, əsas müxalifət partiyası olan Xalq Demokratik Hərəkatının  namizədi MakHenri Venaani isə 5 faiz səs toplayıb.

Qeyd edək ki, Cənubi Afrika ölkəsi Namibiyada noyabrın 27-də keçirilən ümumi seçkilərdə səsvermə bülletenlərin yetərli olmaması və seçicilərin qeydiyyatı üçün istifadə edilən planşetlərdə nasazlıqlar səbəbindən ölkənin bəzi bölgələrində noyabrın 30-na keçən gecəyə qədər davam edib.

Müxalifət partiyaları seçkinin təkrar keçirilməsini tələb etsələr də, maliyyə çətinliyi səbəbindən seçkinin təkrar keçirilməsinin mümkün olmadığı açıqlanıb.

Cənubi Afrika İnkişaf Birliyinin Seçki Komissiyaları Forumu tərəfindən edilən açıqlamada, seçici qeydiyyatı problemləri, səslərin hesablanmasında gecikmələr və seçki qutusuna girişin məhdudlaşdırılması kimi problemlərə baxmayaraq ümumi seçkinin dinc şəraitdə keçirildiyi bildirilib.

Paylaş: