Xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku mərhələsi keçirilib
Dekabrın 4-də Dövlət İmtahan Mərkəzi (DİM) doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku mərhələsini keçirib.
DİM-dən bildirilib ki, danışıq bloku üzrə imtahanda iştirak etməli olan 207 nəfərdən 189-u imtahana gəlib.
Qeyd edək ki, bu imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 15 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər.
Xarici dil fənni üzrə ümumi imtahan nəticələrinin iki həftədən sonra elan olunması nəzərdə tutulur.
Danışıq bloku üzrə imtahanda minimum 2 bal toplamayan şəxslər dekabrın 1-də keçirilmiş ilk 4 blok üzrə imtahanda lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar.
Xarici dil fənni üzrə fəlsəfə doktoru...
Media subyektlərinin və jurnalistlərin...
Azərbaycan Universitetində TEC üzvləri...
Botanika elmində olan yeniliklər...
“Dəyişən dünyada mədəniyyətlərin...