Metronun “20 Yanvar” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək.
AYNA-dan bildirilib ki, Sumqayıt avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığında) müəyyən edilib.
Sumqayıt şəhərinə yola düşən avtobuslar “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında), ekspres avtobuslar üçün nəzərdə tutulmuş xüsusi yerdə dayanacaq.
“Sərnişinlər metrostansiyadan çıxan kimi avtobuslarla yollarına davam edə biləcəklər. Ekspres avtobuslarla sərnişinlərin mənzil başına daha rahat və sürətli şəkildə çatması təmin ediləcək. Avtobuslar Bakıdan Sumqayıta və əks istiqamətdə müəyyən edilmiş intervala uyğun cədvəllə hərəkət edəcək”, - deyə AYNA-nın məlumatında bildirilir.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar da fəaliyyət göstərir.
Metronun “20 Yanvar” stansiyasından...
Metronun “28 May” stansiyasında qatarın...
Azərbaycan və Türkiyə rəqəmsal bankçılıq...
Milli Depozit Mərkəzi səhmdarların ümumi...
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı...