Yaponiyada Harry Potter qılınclarına qadağa
Yaponiyadakı Harri Potter əyləncə parkında suvenir kimi satılan nüsxə qılıncların ölkədə silaha nəzarət qanununu pozduğu səbəbilə müsadirə edildiyi bildirilib.
Yaponiyanın “Asahi Shimbun” qəzetinin xəbərinə görə, bu barədə “Warner Bros Studios”a məxsus “The Making of Harry Potter” adlı tema parkının internet saytında açıqlama verilib. Açıqlamada paytaxt Tokiodakı əyləncə parkında suvenir kimi satılan və ucu itiliyinə görə ölkədə silaha nəzarət qanununu pozduğu təsbit edilən 86 santimetr uzunluğundakı paslanmayan polad qılıncların paylama problemi səbəbindən toplandığı bildirilir.
Bəyanatda replika qılıncın “Harri Potter” filmindəki Qodrik Qriffindor personajına aid qılıncın orijinal rekreasiyası olduğu vurğulanıb və məhsulları alan müştərilərdən şirkətlə əlaqə saxlamaları xahiş olunub.
Evdə çox əzizlənən, yaxud laqeyd...
Oturaq həyat tərzi ürək sağlamlığına...
Hindistanda 5,3 bal gücündə zəlzələ...
Rusiyanın Kamçatka bölgəsində zəlzələ...
Alimlər içməli sudakı mikroplastikləri...