Ceyhun Bayramov Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri ilə telefonla danışıb
Xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.
Fhnews.az Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin, strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.
Nazirlər, həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...
Azərbaycan və İran XİN rəhbərləri...
RF Dövlət Duması Bakıda keçirilən...
Milli Məclisdə 2025-ci ilin dövlət...