BMU-nun rektoru beynəlxalq olimpiadalarda iştirakın tələbələr üçün əhəmiyyətindən danışıb
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev III Beynəlxalq Kimya Olimpiadasında II yeri qazanan tələbələrlə görüşüb.
Bu barədə BMU-dan bildirilib. Rektor Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadada Azərbaycanı yeganə komanda kimi uğurla təmsil edən BMU tələbələri - Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov və onları yarışa hazırlayan professor Namiq Şıxaliyevi qələbə münasibətilə təbrik edib.
Yarışa Rusiya, Türkiyə, Yaponiya, Çin, Rumıniya, eləcə də digər ölkələri təmsil edən 44 ali məktəbdən 211 tələbənin qatıldığını vurğulayan Yaqub Piriyev nüfuzlu ali təhsil müəssisələri gənclərinin iştirak etdiyi bu olimpiadada qalib olmağı böyük uğur adlandırıb.
Rektor beynəlxalq olimpiadalarda iştirakın gənclər üçün müsbət cəhətlərini vurğulayıb. Bildirib ki, istər yerli, istərsə də beynəlxalq yarışlar tələbələrin biliklərinin artırılmasına, seçdikləri ixtisas üzrə püxtələşməsinə, eyni zamanda, təmsil etdikləri universitetin nüfuzuna müsbət təsir göstərir. Bu baxımdan tələbələrə hər zaman olimpiadalara qatılmağı, qalib olmağı hədəfləməyi tövsiyə edən Yaqub Piriyev onlara gələcək yarışlarda böyük nailiyyətlər arzulayıb.
Beynəlxalq olimpiadanın qalibləri görüş üçün BMU rəhbərinə təşəkkür edib, universitetdə tədris, habelə onların müxtəlif yarışlarda iştirakları üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
“Məktəbəqədər təhsildə liderlik”...
BDU-nun 105 illik yubileyi çərçivəsində...
UNEC tələbələri “Bloomberg” Qlobal...
Yaşıl dünya üçün bilginin gücü:...
Kiberfiziki sistemlərin intellektual...