Leysan xarakterli yağış fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcək
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir. Dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən, hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.
Fhnews.az xəbər verir ki, bunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.
Sabahın hava proqnozu açıqlanıb...
Azərbaycan Respublikasının fövqəladə...
NİİM: Qəzalar bəzi sürücülərin...
BDYPİ piyadalara çağırış edib...
FHN Akademiyasında Azərbaycan dilinin...